IQNA

 ABŞ sözün həqiqi mənasında terrorçudur

23:31 - December 07, 2019
Xəbər sayı: 3486273
ƏNSARULLAH hərəkatının üzvü Məhəmməd Əli Husi deyib: Amerika sözün həqiqi mənasında terroristdir. Bu iddiamızın düzlüyünə Yəməndə insanların mühasirəyə alınması və qətliam edilməsi aşkar dəlildir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yəmənin ƏNSARULLAH hərəkatının və Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Husi bu gün, həftənin Şənbə günü, 7 Dekabr 2019-cu il, mətbuat açıqlamasında deyib: Amerika sözün həqiqi mənasında terroristdir. Bu iddiamızın düzlüyünə Yəməndə insanların mühasirəyə alınması və qətliam edilməsi aşkar dəlildir.

O əlavə edib: Amerikalılar Yəmən millətini eyni ilə İraq xalqı kimi hərtərəfli mühasirəyə almış və onları qətliam etməklə məşğuldur.

Yəmənin ƏNSARULLAH hərəkatının və Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli Husi vurğulayıb: Terrorçu koalisiyanın öncül texnika və silahı Yəmən xalqının əzm və iradəsini sındıra bilmyəcək. İndiyədək onların Yəmən xalqının ruhiyyəsində heç bir mənfi təsir yaratmaması Amerika üçün heç vaxt unudulmayacaq bir məğlubiyyətdir.   

Məhəmməd Əli Husi son həftələrdə İraqda baş verənləri və Amerikanın İraqın bəzi tanınmış şəxsiyyətlərinin adını terrorist elan etməsini məhkum edib və Amerikanı regionda baş verən terrorizmin banisi adlandırıb.   

https://iqna.ir/fa/news/3862421

Teqlər: iqna ، husi ، yəmən
captcha